Mehrabdə səcdə etdin adət, ey şeyx
Mehrabdə səcdə etdin adət, ey şeyx, İzhar elədin sidqü iradət, ey şeyx, Səcdəgəhim ayineyi-arizdi mənim, Sən daş arasında qıl ibadət, ey şeyx.
91 əsər · Dörd misralıq fəlsəfi şeir
Mehrabdə səcdə etdin adət, ey şeyx, İzhar elədin sidqü iradət, ey şeyx, Səcdəgəhim ayineyi-arizdi mənim, Sən daş arasında qıl ibadət, ey şeyx.
Ey Yusifi-Misrdən cəmalın əmləh, Nəsrin hamı şeri-şüəradən əfsəh. Çox badələr içdim övliya dəstindən, Bu dövreyi-axırda əsər qıldı qədəh.
Başdan ayağa eylədim afaqə nigah, Hər bir yeri gəzdim elədim mənzilgah, Başıaçığın gözəllərindən nə deyim, «La hövlə və la qüvvətə illa billah!»
Sondu mənə piri-meykədə cami-səbuh, Vəh, vəh, nə səbuh, feyzi-dil, rahəti-ruh. Oldum içibən qərqi-bəladən eymən, Tufani-qəmin dəfinə bir kəştiyi-Nuh.
Həngami-hilali-eyd, ol məh nagah, Bam üstə çıxıb edərdi hər yanə nigah. Düşdü fələkə əksi-hilaləbrusu, Çox kimsə görüb verdi yeni ayə güvah.
Ey Gəncəni abad qılan Məscidi-Şah, Meydanüvə hər gün gətirir ərş pənah, Səy ilə qovaqları ucaltdın ərşə, Məhbubəmin etdin niyə qəddin kutah.
Ey möcüzi-ənfasına şagird Məsih, Hər nükteyi-movhumu ləbin qıldı sərih, Gəlmişdi Məsih dəhrə səndən əqdəm, Ta eyləyə həngami-qüdumin tovzih.
Verdi mənə ol yari-vəfadar qədəh, Sərməst idim, etdi məni huşyar qədəh, Guya ki, şərabi-nabımız Kövsər idi, Verdi mənə ol Heydəri-Kərrar qədəh.
Ey aşiqi-zar, vəsli-canandan keç, Canandır əgər murad, gəl candan keç. At səbheyi-səddanəni, bağla zünnar, Get Zənd ilə Pazənd oxu, Qurandan keç.
Ey feyzüvə məcmueyi-aləm möhtac, Bu ərzü səmavü ərşi-əzəm möhtac, Fərzəndsən Adəmə, vəli xilqətdə Əltafüvədir həzrəti-Adəm möhtac.
Ey kəbeyi-vəslüvə məlaik hüccac, Kuyündə mənə xari-müğilan möhtac, Etdim Nəcəf içrə mərqədi-paküvi tövf, Kəşf oldu bu əbdi-zarə sirri-merac.
Gəl, qılma təbiba, mənə əfsanə əlac! Olmaz bilirəm xəsteyi-hicranə əlac. Şəmə dolanıb yaxdı özün pərvanə, Eşq atəşinə eylədi mərdanə əlac.
Əl tutmadı bir kimsə dəmi-üsrü hərəc, Nə ali-bəni-Əsəd, nə qövmi-Xəzrəc. Saqi, nə ərəb dadə yetirmiş, nə əcəm, Etmək genə meydən olur ümmidi-fərəc.
Gər etsə təbib dərdi-pinhanə əlac, Hər dəmdə gözümdən tökülən qanə əlac, Əmma budu zənnim ki, dirilsə Loğman, Hərgiz edə bilməz qəmi-hicranə əlac.
Eylər mənə xəndə yar giryan görgəc, Mən şad oluram ol gülü xəndan görgəc, Cəmiyyəti-dil olur pərişan hərdəm, Zülfi-kəcini üzdə pərişan görgəc.
Şirvan gözəli bir xoş əda bilməz imiş, Peyvəstə cəfa qılır, vəfa bilməz imiş, Kəbə kimi xoşcəmal zibaləri var, Amma ki, bu var, zövqü səfa bilməz imiş.