Ey qüdrətin asarı sənin ərzü səma
Ey qüdrətin asarı sənin ərzü səma, Ey əmri qılan kövnü məkanı peyda. Vəchindən əgər almasa nurin, xürşid – Bir zərrə qədər cahanə verməzdi ziya.
91 əsər · Dörd misralıq fəlsəfi şeir
Ey qüdrətin asarı sənin ərzü səma, Ey əmri qılan kövnü məkanı peyda. Vəchindən əgər almasa nurin, xürşid – Bir zərrə qədər cahanə verməzdi ziya.
Ey hüsnü olan zibi-cəmali-Əzra, Ey Vamiqi eyləyən o yüzdən rüsva, Öz pərtövi-hüsnünü salıb Leylayə Məcnunu sən eylədin qəmindən şeyda.
Seyyid, qəmü möhnətlə pərişan olma, Qönçə kimi qəmdən cigəri qan olma, Gər olsa şikəst üzv-üzvün qəmdən, Minnətkeşi-mumyayi-nadan olma!
Hərgiz yox imiş təbi-Şüaidə şüa, Bihudə qılır şeir məzaqində niza, Nəzmindən onun yaxşıdı bir dəstə kəvər, Nəsrindən onun yaxşıdı bir kol nəna.
Məhşərdə xələl yetməsə idrakımıza, Gəlməz ələmi-həşr bizim bakımıza, Miras atamızdan bizə qalmış cənnət, Kimdir bizi qoymayan öz əmlakımıza?!
Əngurdə mey şirəsi, ey əhli-səfa! Yerlə gög arasında qılıb nəşvü nüma; Ondan ötəri xuni-kəbutər dedilər – Kim, bir neçə gün qaldı müəlləq be həva.
Ey rədi qılan rübab eşqində kəbab, Qanunə üsul ilə yetirdin mizrab. Ta gül yüzə tar zülfüvi saz etdin, Çəng oldu bu yüzdən neçə yüz xanəxərab.
Sən qeyr büsatında ki, içdin meyi-nab. Qan oldu cigər, gəldi gözümdən xunab. Seylabi-sirişk oldu cahanə cari, Ol seyldə yıxdım evimi misli-hübab.
Düşdü əlimə bir gecə bir şişə şərab, Gətdim evə sübh içim məni-xanəxərab, Gün etdi tülu, sübh durdum, gördüm Təshiflə çərx edib şərabimi sərab.
Qoymuşdum evə bir gecə bir şişə şərab, Yatdım ki, durub sübh olam ondan sirab, Ta sübh o gecə yuxumda gördüm xurşid, Təbir elə, ey şeyx, mübarəkdi bu xab?
Sərməst namazə gəlməsəydi əshab, Heç ayə gəlib həram olmazdı şərab. Olsun bu günəh boynuna əshablərin, Qaldıq belə bidəmağ, bibadeyi-nab.
Bir gün Ömərin bir oğlu içmişdi şərab, Ol qədr onu döydü ki, öldü o cənab. Dün şəb yuxuda gördüm onu cənnətdə, Bir tac başında, əldə cami-meyi-nab.
Həngami-tərəb, ey büti-simin-ğəbğəb, Gər ləlüvi dişlədim qılıb tərki-ədəb, Can ağzıma gəldi həsrətindən o ləbin, Tut, qan elədim, əfv elə sən, qılma qəzəb.
Ey xali-rüxi-cəmii-kişvər Bağdad, Ey torpağı müşkü suyu Kövsər Bağdad. Xakində olan dəfni-imami-əzəm, Ey rövzeyi-rizvanə bərabər Bağdad!
Şəhri-Qarabağə Şişə qoymuşlar ad, Bu şəhr pərilərdən olubdur abad. Təsxiri-pəri şişədə qılmaq xoşdur, Əmma bu pərirulər əlindən fəryad!
Çün sübhi-əzəl eylədim iqrar sənə, Ta şami-əbəd mənəm tələbkar sənə. Çoxdur günəhim, bir gözəl əmalım yox, Məlumdu məndəki yoxü var sənə.
Ta mənzil olub məscidü meyxanə sənə, Aşiqdi hamı aqilü divanə sənə. Sən bir güli-tər, cümlə xəlayiq bülbül, Sən şəmsən, aləm hamı pərvanə sənə.
Səbr eylə könul dərdü qəmi-pinhanə, Faş eyləmə əhvalını hər nadanə. Ol kəs ki, səni dərdə salıb aləmdə, Bir gün yetirər dərdini ol dərmanə.
Çox lütflər etdi genə cananə mənə, Verdi öz əlilə dolu peymanə mənə. Sandım ki, açıldı dəri-cənnət üzümə, Ol dəm ki, açıldı dəri-meyxanə mənə.
Söz yox ki, şəkərdəndi ləbi-yar ləziz, Nə Misrdə bir belə şəkər var, ləziz. Ol xosrovi-gülgunrüxü şirindəhənin, Acı sözüdür mənə şəkərvar ləziz.
Göndərməsə gər ol ləbi şəkkər kağız, Mən göndərərəm anə mükərrər kağız. Şəhbazıma eylədim rəvanə səni mən, Pərvazə kəbutər kimi aç pər, kağız!
Getdin, dili-zardən xəyalın getməz, Bu ayinədən nəqşi-cəmalın getməz, Hicrin məni xak qılsa, ol xakimdən Əlbəttə ki, həsrəti-visalın getməz.
Gər bülbüli-zari eşqi-gül zar etməz, Hərgiz həvəsi-gülşənü gülzar etməz. Gülzardə bülbülə tikəndir azar, Öz aşiqi-zarına gül azar etməz.
Ey dil, nə gərəkdir mənə bu can sənsiz, Məcmuiyi-aləm ola viran sənsiz. Dünyada qalınca zində bir an sənsiz, Ey kaş, olam xak ilə yeksan sənsiz.
Gördüm səni, ey gül, ixtiyarım getdi, Tarac oluban səbrü qərarım getdi. Nə səbrü, nə aramü, nə taqət qaldı, Eşqində sənin hər nə ki varım, getdi.