Dünya üzü sərbəsər əgər hur olsun
Dünya üzü sərbəsər əgər hur olsun, Girməz gözümə yüz gözü məxmur olsun. Ey Zöhrəcəbin, mah rüxündən ayrı Xurşidə əgər baxsa gözüm, kur olsun.
91 əsər · Dörd misralıq fəlsəfi şeir
Dünya üzü sərbəsər əgər hur olsun, Girməz gözümə yüz gözü məxmur olsun. Ey Zöhrəcəbin, mah rüxündən ayrı Xurşidə əgər baxsa gözüm, kur olsun.
Var aləm ara şöhrəti İslambulun, Həddəndi füzun dövləti İslambulun, Başdan ayağa gözəllərin yığnağı, Maskov ola bilməz... İslambulun.
Dərbənd həsarı Səddi-İskəndərdir, Hər bir daşı mərmərdən onun behtərdir. Məscidləri xoşnüma, imami fazil, Əmma ki, gələn nəmazə çox kəmtərdir.
Dərbənddə Şüai, Qümri oldu şair, Qümrinin olub indi kitabı zahir, Zahir ki, Şüainin kitabı indi Olsaydı əgər o da olurdu zahir.
Aləmdə hanı o kimsə kim, xürrəmdir, Gər Xosrovü Cəmşid və gər kim, Cəmdir; «Çün tinəti-adəmdi müxəmmər qəmdən Adəm degil aləmdə o kim biqəmdir».
Şəhri-Qutais mədəni-hurü pəridir, Hər bir gözəli yer üzünün zivəridir. Tək cibdə pulun, mənzilin olsun xali, Üşşaqə olar özləri çox müştəridir.
Hər kimsə ki, seyri-xaki-Bağdad eylər, Sanmın ki, o qəmgin ürəgin şad eylər, Qəbrin görəni nəvadə məzlumlərin Ta var nəfəsi ney kimi fəryad eylər.
Şirvan ki, səfadə min Sifahanə dəgər, Hər bir daşı yüz ləli-Bədəxşanə dəgər. Şirvanda olan handa bir əskik gözəlin, Bir qəmzəsi yüz huriyü qılmanə dəgər.
Verdim könül ol şuxi-dilazarə əbəs, Qıldım özümü yovunca hər xarə əbəs. Görsəm gözümə batar tikantək hər gül, Ey dust, məni aparma gülzarə əbəs.
Hər dilşüdə bir meyldə qaldı naqis, Məcnun Həvəsi-Leylidə qaldı, naqis, Mən məktəbi-qəmdə xətmi-Quran etdim, Ol keçmədi «Vəlleyl»də qaldı naqis.
Gər oldu mənim canıma canan varis, Zahid, ola iymanuva şeytan varis, Cananım əcəbmi canə gər varis ola, Davudə degil məgər Süleyman varis?
Ol zülfdən olmaz dili-bimar xilas, Zəncirdən olmaz bu giriftar xilas, Üşşaq nola qutarmasa hicrandan, Duzəxdən olurmu hiç küffar xilas.
Etdim ona hər dəqiqə yüz min ixlas, Bir şişeyi-meyi-lütfü mənə olmadı xas. Saət-saət rəqibə oldu həmdəm, Əqrəbzədə kimi könlüm oldu rəqqas.
Kəsdim o ləbi-ləlfəşandan rəğbət, Ol sərvi-qədü qönçə-dəhandan rəğbət. Ağzın məni təngə gətdi, ondan keçdim, Təng olsa kəsərmi kişi candan rəğbət?
Ey badi-səba, kuyinə yarın güzər et, Bir qeyr kəs olmasın yanında, nəzər et, Can verməgimi həsrəti-ləlindən onun Cananıma təqrib ilə söz sal, xəbər et.
Ey qanə dönən rəşki-ləbindən yaqut, Öldür məni, ver ləli-ləbindən ya, qut. Rüxsarüvə yazdı xəti-reyhanı qəza, Bir beylə şikəstə-xət yazarmı Yaqut?
Qurbanın olum, ey büti-şirinhərəkat, Hər acı sözündür mənə bir qəndü nəbat, Yoxlardın əzəldən məni şirin-şirin, İndi niyə oldum sənə mən beylə boyat?
Ey Xızrxət, ey şahi-rəfiüddərəcat, Ey zülməti-xətt içrə ləbin abi-həyat. Üşşaqə yaman gündə dedin əl tutaram, Can versəm olurmu sənə dərdim isbat!
Öpdüm ləbini dedim ki, şəkkərdir bu, Yox, şireyi-şəkkər nədi, behtərdir bu, Bir də gəl öpüm, – dedim, o gül güldü, dedi: – Təkrar qəbih olur mükərrərdir bu.
Nəfti-siyəhə mədənü kandır Baki, Bəhri-Xəzər ətrafına yandır Baki, Əhli qocalar, həddi-bülüğ olmazlar, Təkmilə yetişməyən cavandır Baki.
Ta mənzilimiz bir neçə gün Şam oldu, Həmdəm mənə bir şuxi-meyaşam oldu. Baxdım o qədər zülfünə, rüxsarində Gördüm ki, qürub edib gün, axşam oldu.
Təbrizdə təbdən cigərim qan oldu, Yandı bədənim atəşi-suzan oldu, Təblərzəyə düşdüm, nə təbib etdi əlac, Nə kimsənədən dərdimə dərman oldu.
Dərda ki, fəraq ilə cigər qan oldu, Əyyami-visal döndü hicran oldu. Bir də görəsən olurmu cəmiyyətimiz? Ərbabi-Səfa bu gün pərişan oldu.
Yarım gedibən özgələrə yar oldu, Sədparə könül hicrə giriftar oldu, Yüz gəz görüb ol gülün vəfasızlığını Nə qeyrətə gəldi, nə ona ar oldu.
Gəldim, gördüm ki, bağdə yarım yox, Getdim, bildim ki, onda dildarım yox, Öldüm, demədim sirri-dəhanın o gülün, Var yar, vəli, məhrəmi-əsrarım yox.