Ehtiyac ey atası hər dəmdə
Ehtiyac ey atası hər dəmdə, Verən insanə dərsi-elmi-hünər. Olmasaydı vücudun aləmdə, İrəməzdi kəmalə əqli-bəşər.
91 əsər · Müstəqil dörd misralıq şeir
Ehtiyac ey atası hər dəmdə, Verən insanə dərsi-elmi-hünər. Olmasaydı vücudun aləmdə, İrəməzdi kəmalə əqli-bəşər.
Həqsizlərin delir yenə övsaf rəyinə, Yazılır kitabi-məsxərə həqli kəlam üçün. Əsrin cəhalətindən əbu-cəhlilər yenə Divanə der Məhəmməd Əleyhissalam üçün.
Aldı qərarımı bu xəmuşan yerin səsi, Yandırdı ah... qəlbimi bu ahü zarlar. İbrət edin deyə çağırırkən də hər kəsi, Fəryad edər sükutə qapılmış məzarlər.
Dad, bir öylə zamandan, aman allah, fəryad, Ki, qənilər simic olsun, üməralər da şərir. Din gedərməz itər, həm dəhri tutar fitnə fəsad, Gər qadınlar da hökumət edərək olsa əmir.
Vaiz nə rücuin, mey içənlər içəcəkdir, Hər kəs nə əkibsə, onu axır biçəcəkdir. Sən keçməyəcəksən günahım var deyə qorxum, Kim hamı günahdan keçəcək, o keçəcəkdir.
Bəşər övladı əgər ədlə tərəfdar olalar, Həm də mizani-ədalət bilələr ənzani. Müxtəlif bunca bu ədyanu məzahibmi olar, Yox fəqət rahbər insanlığa «Quran» kani.
«Yoxdur allah» deyən ah, niyə görməz əcəbəm, Ki, vücudat bütün əmrdə icadıdır. O ki var, öylə gərəkdir, o gərəksiz də ədəm, Kim bu cür hikmətə hökm eyləməz ustadıdır.
Xaliqi-aləmə aləm hamısı qaildir, Kimsə inkar eləməz, cümləsi vəhdət çağırır. Lakin ol zatə hərə bir ad ilə maildir, Kimi «tanrı», kimi «boq», bəzi «təbiət» çağırır.
Daimi həyyi bəqaiyyati-ruhə hər kəs, Olmasa qail, olur ömrü tamamilə hədər. Naümid olduğuna eyləməz ehsanə həvəs, İctinab ol nə qəbahətli əməllərdən edər.
Ey olan məxzi-ülumi-ədəbi hikmətü fən, Müftəxorlar ilə dinmə ki, qoyuldun mərəyə. Bildiyin həpsi hədərlərdir, əgər bilməyəsən, Ki, gəlirsən nerədən, ya ki, gedirsən nerəyə.
Gəlin eraz edəlim boş bu zəbani zikrə, Başqa heyvan ilə insanlığa bir fərq olalım. İrəlim qət şu dəryayi-əmiqi-fikrə, Ya göhəryab və ya bir dəfəlik qərq olalım.
Ah!... qət oldu bəni-növi-bəşərdən ülfət, Valideyn öylə bir adla dədə qalmış ancaq. Adəmi ismətü namusu qadınlıq əlbət, Az zaman ani də həp qət edərək qurtaracaq.
Gər olaq lüccəyi-ənvai-təam içrə qəriq, Füqərasız ona meyl eyləməriz bir löğmə. İştə məslək bu, dəyanət bu, təriqət bu, təriq, Etina eyləməriz baş gedə başqa hökmə.
Görmədim əhli-ğinadən füqarəyə kərəmat, Tox acın halını bilməz, bu sözü sanma həqir. Füqarə əmrini ol kim səyə tapşır ki, o zat, Ola ömründə Şəfai kimi peyvəstə fəqir.
Bilməm şüəradə bu nə iqbali-müəmma, İxlasi-giriban edəməz dərdü bəladən, Ehya ikən ifnalərə sürgünlənir, əmma, Heykəl yapılır naminə ifnayə vararkən.
Hər din kitabın oxudum eylədim idrak, Şəxsiyyəti rədd eyləyə vicdanə inandım. Cavidi-nicati-bəşəriyyət üçün ancaq, Ecazi bəyan ayəli qurana inandım.