Əhliyyətin ziyadə edər əhl şəxslər
Əhliyyətin ziyadə edər əhl şəxslər, Gər tapşırılsa anə cahanın xilafəti. Tüğyan edər vəli tanımaz tanrısın əgər, Naəhl əlinə düşsə iki kənd rəyasəti
91 əsər · Müstəqil dörd misralıq şeir
Əhliyyətin ziyadə edər əhl şəxslər, Gər tapşırılsa anə cahanın xilafəti. Tüğyan edər vəli tanımaz tanrısın əgər, Naəhl əlinə düşsə iki kənd rəyasəti
Qurtarmadı bu dəhrdə bir dəm əzabdən, Onlar ki, əqli kamilü, təbi səlimdür. Mirzayi Cənnəti ki, günahü səvabdən, Ta getməyincə cənnətə əhli-cəhimdür.
Nolaydı kaş görəydik həqiqətin işığın, Nə şəkk olaydı, nə batil, nə vəsvəsi şeytan. Dolaydı qəlblərə nuri-afitabi-yəqin, Xilas olaydı bu zülmati-küfrdən insan.
Şəmşiri-lisan ilə sən ey xəsmi-sitəmxah, Zəxm urma bizə, bax, qan axarkən yaramızdan. Şəxsi-qərəz insanları məhv eylədi ey vah... Şu bidəti qaldır sən, ilahi, aramızdan.
Ey ah nə əyyamdır, ey vah nə dövran, Qarət edərək xaneyi-səbri aparırlar. Nahaq sözə sözsüz verilir vüsəti-meydan, Həq söyləyənin dilni boğazdan çıxarırlar.
İnsanların al qanı ilə cəbhə ləbaləb, Yansın şu cahangirliyin qanlı livası. Bilməm nə alırlar, əvəz ol qanlara yarəb, Bir qətrəsinin varmıdır aləmdə bahası.
Hər elm ilə cəhl atəşi sönməz şərərindən, Xamuş ediyor ani fəqət elmi-həqiqət. İblisü həvavü həvəsə peyrəvi ikən, Övladi-bəşərdə qazanılmaz mədəniyyət.
Can cismdə bir ruhi-mücərrəd deyə məlum, Peyvəstə bəqaiyyəti ruhə nədir əfkar?.. Əcsam xələldar ikən olmaz yenə məhdum, Ərvahi olurmu ki, deyil hiyü xələldar.
Ən zərrə qədər cüz tənaqıslığı mümkün, İştə o nəhayətsiz olan qabili-təqsim. Pək qabili-təqsim isə hər cüz vəlakin, Kəndisi təzayir irəməz qeyr ilə təcsim
Kəndimin olur nikü bəd əmalıma sorğum, Vaiz nə işin, əkdiyin hər kəs biçəcəkdir. Sən keçməyəcəksən günahım var deyə qorxum, Kim hamı günahdan keçəcək o keçəcəkdir.
Bihəd günahım, yox əməli-xeyrim, ilahi, Meyxanə yerim, cami-şərab əldə ləbaləb. Gər məğfirətin cəhlimin olmasa güvahi, Kim əfv edəcək etdiyim üsyanları yarəb.
Təşvişə düşüb qorxma Şəfai, günahündən, Qəffar bil ol rahimü rəhmanü kərimi. Yoxdan var edib, rizqüvi peyvəstə verirkən, Əlbəttə ki, əfv eyləyəcək əzmi-rəmimi.
Pak olur ayineyi-əfkar şeri-nitqidən, Qabiliyyət kəsb edər, göftari-insan şer ilə. Şerə ancaq bu fəzilət bəs edər kim həqqidən, Nazil oldu Əhmədi-Məhmudə Quran şer ilə.
Qılsa hər kim dideyi-hikmətlə cüzi bir nigah, Hökm edər bişübhə mümkündür bütün bu kainat. Bəs vücudi-zati-baridə dəxi nə iştibah, Qəti bürhanmı deyil vacib vücudə mümkünat.
Tənə daşın atma vaiz, qıl həzər, var əldə cam, Açma bu sirri-nihani, şənüvə nöqsan yetər. Münkir olsaydı əgər mey tək cahanda hər həram, Sən də məst olmuşdun indi əlhəqa məndən betər.
Eybü nöqsanın sənə göstərsə hər nöqsanşünas, Olma ol xoşbini-zatın kinəcu bədbinəsi. Sən də göstər gördüyün hər eybi, ol mirati-nas, İştə insanlar gərək insanların ayinəsi
Şu mübarək, şu gözəl heykəli gördükdə mənim, Fəxrim artır, deyirəm, millətə şandır qalacaq. Səslənir şövq ilə təbrikinə ruhum, bədənim, Azəridən əbədi nami-nişandır qalacaq.
Ey kaş ki, insafə gələydi bəşərizad, Nə təfriqə, nə kin, nə bu bədbinlik olaydı. Asudə yaşayış deyə hər qeydidən azad, Nə bunca bu ədyan, nə də bidinlik olaydı.
Qəm çəkmə keçən günlərə olma dili-məqdum, Həm gəlməmiş əyyamə də bihudə xəyalat. Nə o geri qaydır, nə bunun vəsləti-məlum, Hala yaşa dilşad sən ey rindi-xərabat.
Fənn eyləyəcək kəşfi-dəqayiq vəli heyhat... Aciz qalacaqsan yenə ey əqlü kəmalim. Hər zərrəyə vardıqca gəlir qarşuva zərrat, Hər zərrəyi-zərratidə minlərcə əvalim.
Ey şanlı liva yüksəl amangahi-əminə, Yüksəl, daha yüksəklərə varsın da məkanın Sal sayeyi-hürriyyətüvi ruyi-zəminə, Kölgəndədir əhrari........ cahanın.
Eyliyir əmvat ikən ehya küdurət kəştisin. Var zərafətlərdə bu təsir danalər demiş. Leyk ləğviyyat ilə kəs bir şu ülfət riştəsin, Ləğv-miqrazi məhəbbətdir—bunu Heydər demiş.
Şeyxana Sədi buyurmuş ol ədibi-möhtərəm, «Ehtiyacəst an çe şiranra konəd rubəhmizac». Bəndə fikrim başqadır, bu barədə fəxr eylərəm, Söylərəm—rubəhləri şir eyləyəndir ehtiyac.
Sınıb şu bəhri-təbiətdə zövrəqi-əfkar, Səvar oldu hamı şəkk təxtə-parəsinə. Yəqin sahilinə çıxdı bəzi oldu kənar, Qalan o bəhrdə qərq oldular qəarəsinə.
İxtiyar eylədi bizi muxtar, Nikü bəd həm də göstərildi tamam İstəsən ki, ədalət olmaya xar, Birnə söyləmə ağa, birnə qulam.