Əlhəmdü limən əzzə kəmalən və əla
Əlhəmdü limən əzzə kəmalən və əla, Mən qamə bi-əmrihi və mən nazəə-la. Sümməs-səlavatu vət-təhiyyatu əla Mən fəzzələhul-lahu bi-izzin və üla2.
75 əsər · Mətləsiz qısa parça; iki-beş beytdən ibarət müstəqil şeir
Əlhəmdü limən əzzə kəmalən və əla, Mən qamə bi-əmrihi və mən nazəə-la. Sümməs-səlavatu vət-təhiyyatu əla Mən fəzzələhul-lahu bi-izzin və üla2.
Ey feyzi-vücud, şahidi-cud sana, Vey şahidi-cud, hər nə mövcud sana. Ümmidi-qəbulü e’timadi-kərəmin, Mərdudini etmiş yenə mərdud sana.
Ey zatına mümkinat bürhani-vücub, Sabit sana imtinai-imkani-üyub. Şayisteyi-ne’məti-həyati-əbədi, Ərvahi-məarifinlə əbdanü qülub.
Ey üqdəgüşayi-əcəmü türkü ərəb, Rəssami-rüsumi-fəzlü asarü ədəb! Məzmuni-hədisin səbəqi-hər millət, Də’vayi-qəbulun sənədi-hər məzhəb.
Xoş ol ki, dəmi-əcəl çəkəm badeyi-nab, Sərməst yatam qəbrdə ta ruzi-hesab. Qovğayi-qiyamətdə duram məstü xərab, Nə fikri-hesab ola, nə idraki-əzab.
Saqi, kərəm et, şərabi-gülfam yürüt! Gülfam şərabə vermə aram, yürüt! Bəzm içrə hübabi-əşki-gülgunumdan Min cam yürütmə, cam üçün cam yürüt.
Canımda olan zəxireyi-nitqü həyat, Cismimdə olan cövhəri-hissi-hərəkat. Sərf olmadı xublar rəhi-eşqində, Əfsus ki, bihudə keçirdim ovqat!
Tə’miri-bəqavü cəm’i-mal etdin, tut! Hər arizu etdinsə, ona yetdin, tut! Çün ömr bəqasına tutulmaz ümmid, Hər hal ilə gəldigin kimi getdin, tut!
Derlər ki, qılır qönçə ləbi-yar ilə bəhs, Gülbərgi-tər ol lə’li-gühərbar ilə bəhs. Ol bir neçə dilsizlərə töhmətdir bu, Də’vayə gərək ləhceyi-göftar ilə bəhs.
Ey mehri-rüxün qədimü aləm hadis! Izhari-vücudə kəşfi-razin bais. Keçdim səri-kuyində iki aləmdən, Li beynə məqameyi məqamün salis1.
Xeyli-qəmin etdi nəqdi-səbrim tarac, Səbr ilə müyəssər olmadı dərdə ilac. Rüxsarıma tökdü mərdümi-çeşmim qan, Hinduyi görün, lə’l verir Rumə xərac.
Ey faideyi-elminə aləm möhtac, Xaki-qədəmin əhli-hünər başına tac. Hər kimdə ki, gördü himmətin sui-mizac, Ol sui-mizacə qıldı lütf ilə ilac.
Ey şərbəti-vəslin ələmi-hicrə ilac! Bazari-qəmində eşq nəqdinə rəvac. Gər tutsa xədəngin rəgi-canım nə əcəb, Nəbz ilə qılır təbib təşxisi-mizac.
Ey zikri-ləbin nasixi-ənsafi-Məsih! Nitqin “ənə əfsəh”2, kəlimatın da fəsih. İzhari-qəbulun əsəri-lütfi-xəfi, İxfayi-rəhi-şəri’ətin zülmi-sərih.
Tutduqca ələ sağəri-səhbayi-səbuh, Artar əsəri-zövqi-dilü rahəti-ruh. Tuğyani-qəmə müfiddir zövrəqi-mey, Tufan xətərində öylə kim, kəştiyi-Nuh.
Gül dövrü xoş ol kim, tuta gülfam qədəh, Bəzmində dəmi tutmaya aram qədəh, Hər sübh ki, xürşidsifət qaldıra baş, Bəzmin bəzəyib, gəzdirə ta şam qədəh.
Mey şövqü olubdur mənə adət, ey şeyx! Gəldikcə bu şövq olur ziyadət, ey şeyx! Xoşdur mənə mey, sənə ibadət, ey şeyx! Rə’y ilə degil eşqü iradət, ey şeyx!
Gər kuyinə əşkim güzər eylər küstax, Vər qəddinə çeşmim nəzər eylər küstax. Eyb eyləmə, rəngi-çöhreyi-zərdimi gör Kim, çoxları aləmdə zər eylər küstax.
Bir abü həvadır əşki-gərmü dəmi-sərd Kim, ondan alır nəşvü nəma gülbüni-dərd. Gülzari-qəmin bənəfşəvü yasəməni, Dudi-dili-aşüftədirü çöhreyi-zərd.
Ta dövrdədir daireyi-kövnü fəsad, Mümkün degil olmaq hərəkatından şad. Tasi-fələk içrə kə’bəteyni-əncüm, Göstərməz imiş hiç kimə nəqşi-murad!
Ta məhmili-mehrdir bu zəngari-məhd, Mehrinlə vəfa əhlinədir möhkəm əhd. Birdir bizə bəzmgahi-eşqində fələk, Gər qəhrilə zəhr versə, vər lütflə şəhd.
Hər yerdə ki, ol simbərü simin xəd, Ərz eyləyə ariz, aça sünbül, çəkə qəd; Rəngi-gülü buyi-sünbülü cilveyi-sərv, Hökm eyləməzəm kim, ola məqbuli-xirəd.
Ta boynuma saldı ol xəmi-zülf kəmənd, Tədbir ilə açılmadı boynumdan bənd. Çox pənd verildi, olmadı faidəmənd, Yetməzmi mənə pənd verən, xəlqə bu pənd.
Dəf’i-qəmi-ruzigarədir badə müfid, Rəf’i-ələmi-eşqə rüxi-sadə müfid. Tərki-meyü mə’şuqdur ol illət kim, Olmaz ona hiç nəsnə dünyadə müfid.
Ey şəhdi-ləbin sözü şəkərvar ləziz! Lə’lin kimi qanda bir şəkər var ləziz? Tüngi-şəkər olmasaydı dürci-dəhənin, Olmazdı çıxan ləhceyi-göftar ləziz.