Yat rahətilə, tut öz sayağın
Yat rahətilə, tut öz sayağın, Yorqanuva düz uzat ayağın.
58 əsər · Tək beytlik müstəqil şeir; fərd də deyilir
Yat rahətilə, tut öz sayağın, Yorqanuva düz uzat ayağın.
Rəqibim rəşk edər kim, Seyyidə dilbər cəfa qılmaz, Haçan mən xatiri-dildarə düşdum kim, cəfa qılsın?
Təəccübdür ki, Məcnun qaldı zində Hicri-Leyladə, Məgər ol vəqt hicranın yox imiş beylə təsiri?
Yüz mama olsa, ey güruhi-bəşər, Bu məsəldir ki, güc doğanə düşər.
Bəli, hər bir kəsin var bir səyağı, Böyük başın böyükdür ağrımağı.
Ey əzizim, hesab yox yaşda, Bu müşəxxəsdi əql olur başda.
Sazı səksəndə ögrənən idbar, Bir də anı qiyamət olsa çalar.
Can kuyi-nigarə oldu azim, Şəhri görənə bələd nə lazim.