Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı
Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı, Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?!
58 əsər · Tək beytlik müstəqil şeir; fərd də deyilir
Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı, Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?!
Seyyid o növ vermədi can dərdi-yardən – Kim, düşməni eşitcək onu şadman ola.
Hər yerdə töksə qanım ol şuxi-sərvqamət, Qan cuş edər o yerdən ta daməni-qiyamət.
Qasid məni bəhanə qılıb getdi kuyüvə, Ol kudə bu bəhanə ilə mənzil eylədi.
Bundan bil iştiyaqımı kim, bunca rəşk ilə Bir qeyri qasid eyləyirəm ərzi-hal üçün.
Çıxarmı xatirimdən buseyi-ləli-ləbi-canan, Nəmək həqqin fəramuş eyləyənlər kamyab olmaz.
Qamətü qaşından olmuş əzbərim nun-əlqələm, Məktəbi-eşq içrə mən tifli-səbəqxanın sənin.
Səni hüsn ilə binəzir görüb, «Vəhdə hu la şərikə-la» dedilər.
O məh yanında bir gün qisseyi-tufanı kəşf etdim Ki, şayəd vaqif olsun əşki-çeşmim macərasından.
...Dilərdi tüstüdən olmaq kənarə, Bətər ondan bu iş kim, düşdü narə.
Abbasını rədd edən sipahi, Yox eybi, çıxartsın altı şahi
Alimin kuşüvə al göftarın, Sorma xasiyyət ilə ətvarın.
Bu səffədə piri tulla gürgə, Damə atılır kühən süpürgə.
Eşidib ölməgüvi şəhrdən öldüm, getdim, Eylə, ey mah, məni tərki-səfərdən ehya.
Yad ol günlər ki, bavər eyləməzdim, ey könül, Gər şikayət eyləsəydi kimsə hicri-yardən.
Eşitdim ta qiyamət qamətindən bir əlamətdir, Qiyamət həsrətindən hər günüm yüz min qiyamətdir.
Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab, Gər bu məzlumə o şuxi-səngdil qatil degil?
Hər zaman derlər ki, qıl bir tazə dilbər arizu, Padşalıq etmişəm ki, pasibanlıq bilməzəm.
Qeyrlər meyl etməgindən yarə bihal olmuşam, Bəs nolur halım mənim ol meyli-əğyar eyləsə.
Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsan, Əgər can çıxmasaydı cismdən, derdim ki, canımsan.
Fariqimdən degiləm şad, vəli əğyarın Bağrı qan olmaq üçün gül təki xəndan oluram.
Ölmə eşəgim, sabah olur yaz, Yonca bitibən işin olur saz.
Bir yaxşı üçün yaman sevərlər, Gül xatirinə tikan sevərlər.
Ləbbəstədir əhli-hal ağzı, El ağzı, demək, çuval ağzı.
Yağmurdən eyləyən fərarı, Axır doluya düşər güzarı.