İntiqam ilə könül gərçi olur şad, vəli
İntiqam ilə könül gərçi olur şad, vəli Dəmi-qüdrətdə füzundur fərəhü zövqü səfa. Hər cəfa eyliyənə qəsdi-mükafat etsən, Bəs gərək ömrü giranmayə ola sərfi-cəfa.
11 əsər · Mətləsiz qısa parça; iki-beş beytdən ibarət müstəqil şeir
İntiqam ilə könül gərçi olur şad, vəli Dəmi-qüdrətdə füzundur fərəhü zövqü səfa. Hər cəfa eyliyənə qəsdi-mükafat etsən, Bəs gərək ömrü giranmayə ola sərfi-cəfa.
Dedilər dün o şəkərləb mənə düşnam verib, Məndə ol bəxtü səadət hanı, böhtandır bu. Sipəhi-xətt gəlir arizüvə fövcbəfövc, Rum mülkündə olan ləşkəri-sultandır bu. Seyyida, yox dedi dərman qəmi-hicranə təbib, Çox qələt eylədi ol, gör necə dərmandır bu?!
Könül tapmazdı yol ləli-ləbindən kamə yetməkçün, Bihəmdilləh ki, gəldi səbz xəttin Xızri-rah oldu. O zalım bir günah axtardı ki, Seyyid, tökə qanım, Günahım olmamaq axırda qətlimçün günah oldu.
Var neçə şair ki, rəsmi-şeri məndən ögrənib, Onların ustadiyəm, aləm bilir, bilittifaq. Mən atalıq etmişəm, onlar mənə övladdır, Bəzi onlardan olurlar indi gər ustadə ağ, İddia eylər ki, şairlikdə səndən mahirəm, Banəmək əşarıma aləm çəkirlər iştiyaq. Mən də inkar etmirəm, əmma ki, vardır bir məsəl: «Şux qoduq şıllaq atar, düşmüş anasından qabaq».
Rəsmü rəhi-əşarı, təlim tapıb məndən, İndi özünü Bixud ustad sanır əmda. Bir ayda tamam olmaz tək bir qəzəli hərgiz, Bir fərdi bu gün yazsa, bir fərdi yazar fərda. Əfsus o gündən kim, it sahibinə hürsün, İt olsa quduz yoxdur dərmanı onun, dərda! Ey Bixudi-kəmhimmət, bu misrəi vird eylə: «Mən əlləməni hərfən, qəd səyyərəni əbda».
Bixudi-zahirpərəst zahirimə bənd olub, Çıxmadı başı onun, heyf içimdən mənim; Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli, Tifli-ibarət əmər şir keçimdən mənim. Laş verib bəslədim hər küçüyü dəhrdə, Ta ki gəlib oldu it, tutdu qıçımdan mənim.
Biz iki şairik, fələk, axır Bizi hər xasiyətdə tovəm qıl. Ya məni eşşək eylə Bixudtək, Ya onu mən kimi bir adəm qıl.
Saqi, hanı xurşid-mey axır ki, sabah Bisağəri-mey əhli-vəfa xuncigər oldu. Verdim könül ümmid ilə bir özgə nigarə, Bədbəxtligim gör ki, bu ondan bətər oldu. Mən dərdi-dilim ərz qılırdım, dedi ol şux: – Hay, hay, bu da gəldi bizə bir dərdi-sər oldu. Əğyar nə bilsin ki, nədir surəti-halım, Xud mən bilirəm ki, mənə axır nələr oldu.
Qardə gər acından olsa həlak, Yeməz it artığın zəmanədə şir. Lacivərdi tiladı divarə, Gər müxənnəs geyə libasi-hərir. Gər Firidunə çatsa dövlətdə, Bihünər kimsədir cihanda fəqir. Yemə namərd löqməsin Seyyid, Sifəti etməsin sənə təsir. Şahidi-razdən götür bürqə, Qoy səni xəlq eyləsin təkfir.
Visali-yari-gülrüxsar axır döndü hicranə, Məqamım rovzeyi-rizvan ikən axırda nar oldu. Məgər əbri-bahari mən kimi bir güldən ayrılmış Ki, rəngi tirə olduvü çeşmi əşkbar oldu. Fəraqi-yari-gülrüxsardən incinmə, ey Seyyid, Kimin-yarı yanında qaldı, kimlər kamkar oldu.
Fövti-şəhi-hüsn üçün tutmuş ikən xət əza Həftədə bir yol o məh leyk qərədən çıxar. Bilsə ləbi-ləlinin sirrini faş etdigim, Könlü dəxi qönçətək badi-səbadən çıxar.