Ağladırsan sevinir kim, məni-sərgərdanı
Ağladırsan sevinir kim, məni-sərgərdanı, İnciməzsənmi mənim naləvü fəryadımdan? Əzbərim mimi-Məhəmməddi, şüarım sələvat, Neyləyim mən, belə dərs almışam ustadımdan.
19 əsər · İki beytlik müstəqil şeir
Ağladırsan sevinir kim, məni-sərgərdanı, İnciməzsənmi mənim naləvü fəryadımdan? Əzbərim mimi-Məhəmməddi, şüarım sələvat, Neyləyim mən, belə dərs almışam ustadımdan.
Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar, Tərki-vətən etdimsə əgər, yarım üçündür. Şadəm ki, məni qeyr salır yaduva hərdəm, Hərçənd ki, yad etməgi azarım üçündür.
İçdim ki, badə dəf edə dərdü məlalımı, Etdi fəraği-yardə aşuftə halımı. Cəmşid camının nə çəkim minnətini mən, Verməm onun o camına sınmış sifalımı.
Əgər bir busə alsam ləli-yari nuşxəndimdən, Qəmim yoxdur əgər neytək kəsilsəm bənd-bəndimdən, Mənə ləli-ləbi-dildarımı öpmək mübah olmuş, Bu əmrə almışam fitvayi-kamil öz əfəndimdən.
Bir çarə eyləyin bu gecə yarə getməsin, Sübh olmayınca bir də o məhparə getməsin. Cəm eyləsin visalına ol məhliqa bizi, Hicrində qoymasın belə avarə, getməsin.
Nə qəm, əgər çıxa canım qəmi-fəraqınla, Əgər məzarımı bassan gəlib ayağınla. Cahanda hiç cavan həsrət ölməsin, yarəb, Bu həsrət ilə ki, mən öldüm iştiyaqınla.
Yarəb, gətirdi təngə bu dərdü bəla məni, Etdi qəza həzar qəmə mübtəla məni. Ya al bu canı cismi-nəzarımdan, ey xuda, Ya ol məhi-münir ilə qıl aşina məni.
Zülm etmə deməm mən sənə ey dilbəri-novşad, Bir üzri-sitəmlə nola qılsan məni dilşad, Bədbəxtligim gör ki, məni yar yanında Düşnam ilə də olsa tapılmaz eyləyən yad.
Nə məhrulər cəfasın çəkməyə tabü təvanım var, Nə məhrulərdən ayrı natəvan cism içrə canım var. Əgər ki, əndəlibin var gülü, pərvanənin şəmi, Mənim də bir gül üzlü, şəm surət dilsitanım var.
Görcək ayinə rüxün ah eləmək müşküldür, Dərd əlindən səni agah eləmək müşküldür. Aləmi-misri-məhəbbətdə könül təxtində Hər gədanı götürüb şah eləmək müşküldür.
Eşq oduna yanmağı pərvanədən ögrəndim, Zəncirə tutulmağı divanədən ögrəndim. Zülfün telini gəzmək, gördüm ki, deyil mümkün, Bu sinəmi çak etdim, tər şanədən ögrəndim.
Görsəydim əgər yarımı billəm nə deyərdim, Tapsaydım o dildarımı billəm nə deyərdim, Gördükdə o şirindəhənin arizi-alın, Dil çaşmasa göftarımı billəm nə deyərdim.
Qılıb hər tarına bir binəvanı mübtəla zülfün, Olubdur əhli-eşqə, ey sitəmgər, min bəla zülfün, Edibdir əhli-eşqin tabü səbrü huşini qarət, O ala gözlərin, ol ağ buxağın, ol qəra zülfün.
Ey gülşəni-behişt cəmalın nişanəsi, Kövsər o ləli-şəhdmisalın nişanəsi, Mehrabə Seyyid etməz idi baş əgib niyaz, Tağında olmasaydı hilalın nişanəsi.
Gözüm kur oldu hicrin giryeyi-bimüntəhasından, Ziyalansın, gəl, ey məh, xaki-payın tutiyasından, Külahından çıxartdım kakilin yalvarə-yalvarə, İlanı, ari, şirin dil çıxardar öz yuvasından.
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu, Tutiyi-can ləli-şəkkərbarın eylər arizu, Naməvü qasid pəyamilə xoş olmaz xatirim, Öz ləbindən ləhceyi-göftarın eylər arizu.
Hakim ki, tazə varid ola bir vilayətə, Adətdi dadrəs olur əhli-şikayətə. Var əhli-eşqin, ey güli-tər, yüz şikayəti, Səndən dönübdü hər biri bir gəz inayətə.
Dedim: qoy kuyüvün bir mən olum, ey məh, nigəhbanı, Dedi: bir bülbülə vermək olurmu bir gülüstanı, Budur zənnim ki, bir kəs məsiyət etməzdi dünyadə, Əvəz etsəydilər gər ruzi-həşrə şami-hicranı.
Əqlimi əlimdən nə gülü yasəmən aldı, Nə sünbülü reyhan, nə bağü çəmən aldı. Davud məgər zində olub dəhrdə, Seyyid, Arami-dilim sövti-Məhəmməd Həsən aldı.